23 Oktyabr 2019, Çərşənbə - 16:48

Gələn həftə qış testləri başlayır

Gələn həftə qış testləri başlayır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:52 - 27 Yanvar, 2010

Gələn bazar ertəsi başlayacaq testlər barədə öz bloqunda ekspert və şərhçi Deyms Allen təhlil aparıb… Ceyms Allen: “Bazar ertəsi Valensiya […]

Gələn bazar ertəsi başlayacaq testlər barədə öz bloqunda ekspert və şərhçi Deyms Allen təhlil aparıb…

Ceyms Allen: “Bazar ertəsi Valensiya testləri başlayır, tribunalara giriş azaddır, bilet cəmi on Avrodur.

Mixael Şumaher və Niko Rosberq yeni MGP W01-in sükanı arxasına oturacaqlar, McLaren komandası da testlərə yeni maşını gətirəcək – testlərin ilk günü Qəri Paffet işləyəcək, ikinci günü Lyuis Həmilton, üçüncü günü Censon Batton.

Ferrari-nin hər iki sürücüsü – Felipe Massa və Fernando Alonso, Sauber-in iki sürücüsü – Pedro de la Rosa və Kamui Kobayaşi trasa gələcəklər, amma onların hansı ardıcıllıqla işləmələri məlum deyil. Testlərin ilk iki günü Williams-ın sükanı arxasına Rubens Barrikello, sonuncu günü isə Niko Hülkenberq oturacaq – bu Cosworth motorlarının üçillik fasilədən sonra çempionata ilk qayıdışı olacaq.

Renault komandası bu bazar yeni maşınını nümayiş etdirəcək və səhəri günü sükan arxasına Robert Kubitsa oturacaq, onun komanda yoldaşı isə çox güman ki, rusiyalı Vitaliy Petrov olacaq. Kubitsa testlərin çox hissəsini maşınla işləyəcək ki, mühəndislər lazımi məlumat toplaya bilsinlər. Testlərin ilk günü Toro Rosso yeni maşınını təqdim edəcək, testlərdə isə Sevastyen Buemi və Xayme Algersuari işləyəcəklər.

Beləliklə, qış testlərinin ilk üçgünlük seriyasına yeddi komanda yeni maşınla gələcək…

Red Bull komandası aerodinamik boruda yeni maşının sınaqlarına çox vaxt ayrımaq bəhanəsilə ilk seriyaya qoşulmasa da, fevralın 10-da Xeres testlərinin ilk günü yeni maşını təqdim edəcək. Dördgünlük testləri izləmək üçün daha az xərcə düşəcəksiniz – cəmi beş Avro.

Daha iki gün sonra Force İndia komandasının yeni maşını trasa çıxmalıdır – McLaren və Mercedes-dən aldıqları motor və ötürmələr qutusunun etibarlılığına onlar əmindirlər, ona görə də şassini aerodinamik boruda ləngidəcəklər. Elə həmin günü Timo Qlok və Lukas di Qrassi Virgin Racing komandasının debütünü təmin etməlidirlər.

Beləliklə, artıq testlərin ikinci seriyasından sonra biz on yeni maşın görəcəyik…

Xeres testləri növbəti həftə daha bir dördgünlük seriya ilə davam edəcək, bu dəfə iştirakçılara Yarno Trulli və Heykki Kovalaynen yeni Lotus maşını ilə qoşulacaqlar.

Qış testlərinin sonuncu seriyası isə Barselonada fevralın son dörd günündə keçiriləcək və bununla da mövsümöncəsi komandalara icazə verilən 15 günlük test proqramı başa çatacaq. US F1 və Campos komandalarının nə təqdimat mərasimlərindən, nə də test proqramlarından şayiələrdən başqa bir xəbər yoxdur. Test qrafiki isə olduqca gərgindir, ona görə də komandaların çoxu məhz ilk testlərə tələsirlər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 354
Teqlər
Paylaş

logo