Bridgestone İspaniyada: Soft və Hard

Mövsümün ilk Avropa yarışına Bridgestone şirkəti quru asfalt üçün Hard və Soft təkərlərini gətirəcək. Barselona trası təkərlərə qarşı kifayət qədər […]

Mövsümün ilk Avropa yarışına Bridgestone şirkəti quru asfalt üçün Hard və Soft təkərlərini gətirəcək. Barselona trası təkərlərə qarşı kifayət qədər sərtdir, xüsusən də sol qabaq təkər bu trasda çox yüklənir.

İlk yarışlardan fərqli olaraq, komandalar mövsümöncəsi testlərdə Circuit de Catalunya trasında çalışıblar, amma bir çox sazlanmalar yenidən axtarılacaq, axı ənənəvi olaraq, mövsümün məhz bu yarışında bütün komandalar tamamilə yeni maşınlarla gəlirlər. Bridgestone-un yarış təkərləri şöbəsinin başçısı Hirohide Hamaşıma vəziyyəti şərh edib…

Hirohide Hamaşima: “Circuit de Catalunya – maşınının balansını yoxlayan indikatordur. Bu trasda sürətli olanlar bütün traslarda sürətli olacaqlar. Güman edirəm ki, mövsümöncəsi testlərdə olduğundan hava bu dəfə isti olacaq. Belə temperatur rejimində motor və təkərlər özlərini bir az başqa cür aparacaqlar və bütün bu faktorları nəzərə almaq zəruridir.

Bu mövsümün ilk Avropa mərhələsidir, müxtəlif yeni texniki yeniliklər görəcəyik. Maşınlar modernizə olunub və biz mövsümün əvvəli ilə effektliyin fərqini qiymətləndirə biləcəyik.

Trasın codluğu orta səviyyədədir, ona görə də bu yarış üçün biz Hard və Soft tərkiblərini hazırlamışıq. Trasın konfiqurasiyası üzündən qabaq sol təkər ciddi yüklənmələrə məruz qalır, ona görə də problemlər mümkündür…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*