M.Uebber: “Censon başqa liqadadır”

Bu gün yarışın finişindən sonra Almaniyanın Premiere telekanalına müsahibəsində Keke Rosberq bildirib ki, Red Bull yarışı özü uduzub – uğursuz […]

Bu gün yarışın finişindən sonra Almaniyanın Premiere telekanalına müsahibəsində Keke Rosberq bildirib ki, Red Bull yarışı özü uduzub – uğursuz strategiya maşının potensialını realizə etməyə imkan verməyib. Əlbəttə, söhbət qələbədən gedirdi, amma ümumilikdə, bugünkü çıxışı uğurlu hesab etmək olar – hər iki sürücü podium qazanıb və komanda Mühəndislər Kubokunda Brawn GP-yə dörd xal yaxınlaşıb. Nisbətən uğurlu taktika sayəsində Mark Uebber gənc komanda yoldaşını finişdə qabaqlayıb…

Mark Uebber: “Yaxşı yarış alındı. Mən başa düşürdüm ki, ilk pit-stopumu maksimum ləngitməliyəm, ona görə də yanacağa qənaət edirdim və nəzərdə tutduğumuzdan bir dövrə çox trasda qala bildim. Mən Sebastyanın strategiyasını bilirdim və podiuma ümid edirdim, biz hər ikimiz başa düşürdük ki, qələbə uğrunda mübarizə aparmaq mümkün deyil – Censon başqa bir liqada çıxış edir.

İkinci hissə mənim üçün çətin oldu, mən daim hücum etməliydim, amam müxtəlif strategiyada olarkən siz rəqibinizin harda olduğunu pit-stoplardan sonra bilirsiniz, hərçənd mənim mühəndisim mənə maksimum məlumat verirdi. İkinci hissədə mən Sebastyanı qabaqlamaq üçün kifayət qədər fərq yarada bildim, yarışın sonunda isə biz motorun dövriyyəsini azaltdıq ki, sadəcə finişə çataq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*