16 Oktyabr 2019, Çərşənbə - 01:18

C.Haas: “Sürücülərimiz bir-birini tamamlayır”

C.Haas: “Sürücülərimiz bir-birini tamamlayır”

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 30 Yanvar, 2016

Cin Haas düşünür ki, Roman Qrojan və Esteban Qutyerres Haas komandası üçün doğru seçimdir…

F-1.az xatırladır ki, Haas komandası 2016-cı ildə Formula1-də debüt edəcək. Onlar Dallara şassisindən və Ferrari mühərriklərindən istifadə edəcəklər. Haas komandası debüt mövsümündə Roman Qrojan və Esteban Qutyerres ilə yarışacaq.

Komandanın sahibi Cin Haas sürücüləri haqqında fikir bildirib: “Qutyerres artıq Ferrari bolidini idarə edib. Simulyatordan yaxşı başı çıxır. Ona görə də bəzi sahələrdə güclü olacaq.

Grojan isə yarış pilotudur. Trasda olan vəziyyətə, təkər strategiyalarına daha yaxşı bələddir.

Komandaların çoxusu yarışlarda qeydlər aparırlar. Daha sonra o qeydlərdən istifadə edirlər. Bizim qeyd dəftərimiz yoxdur. Ona görə də sürücülərimizə güvənməliyik.

Roman hazırkı vəziyyətdə daha üstündür. Amma Qutyerres vaxt keçdikcə bu üstünlüyü aradan qaldıracaq.

Bu iki sürücü bir-birlərini tamamlayır”.

Haas komandası 2016-cı ildə yarışacağı bolidi fevralın 22-də təqdim edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 428
Teqlər , , , ,
Paylaş

logo