M.Şumaxer: Fürsətlərimiz olacaq

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, Kanadada mexaniki problemə görə xalsız qalsa da, növbəti yarışlarda fürsətləri olacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 6-cı yerdən başlasa da, startda Rassellin gerisinə düşüb. Lakin gənc pilot yeddinci yerdə gedərlən güc qurğusundakı problemə görə mübarizəni vaxtından əvvəl dayandırıb.

Mik Şumaxer: “Sözün açığı əsəbpozucu hallar baş verir. Formula1-dəyik və hər şey limitlərdədir. Hər şeyi həzm etməliyik, ancaq buradan dərslər çıxarmalıyıq. Növbəti yarış üçün həyəcanlıyam.

Bu idmanı sevdiyim üçün buradayam. Sükan arxasında olmağı və qələbə üçün mübarizə aparmağı sevirəm. Xala layiq deyildik, amma əlimizə çox fürsət düşəcək. Əvvəl-axır bəxt bizim də üzümüzə güləcək. Keçmişdə çətin dövrlər yaşasaq da, sonda istədiyimiz yerə gəldik. Növbədə çox yarış var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*