14 Noyabr 2019, Cümə axşamı - 19:57

Fransa Qran Prisi təqvimə qayıdır?

Fransa Qran Prisi təqvimə qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

11:41 - 02 Dekabr, 2016

Bazar ertəsi verilən açıqlamaya əsasən, Pol Rikar trası 2018-ci ildə Fransa Qran Prisi adı ilə təqvimə qayıda bilər.

F-1.az bildirir ki, Braziliya və Almaniya QP-ləri Formula1 təqvimində qalmaq uğrunda mübarizə apardıqları halda, Fransa 10 illik fasilədən sonra Formula1-ə qayıtmaq qərarı alıb.

Europe 1 agentliyinin xəbərinə görə, milli mərhələ bəzi yerli idarəçilərin köməyi ilə yenidən təqvimə qayıdacaq. Yeni müqavilənin 2018-2022-ci illəri əhatə etməsi gözlənilir. Bu xəbər barədə rəsmi açıqlama verilməsə də, gələn həftə bir mətbuat konfransı keçiriləcək.

Konfrans Parıs Avtomobil Klubunun (PACA) bazasında keçiriləcək və iclasda PACA-nın bölgə başçısı Kristian Estrozi və FFSA-nın prezidenti Nikolya Deşa iştirak edəcəklər.

Xatırladaq ki, Fransa QP son dəfə 2008-ci ildə Manyi Kur trasında keçirilmişdi. Pol Rikar trası isə 1971-1990-cı illərdə 14 dəfə Fransa QP-ni qəbul etmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 338
Teqlər , , , ,
Paylaş

logo