Mercedes AMG gələn ilin yağış təkərlərinin testlərini tamamlayıb

Gələn il reqlamentdə böyük dəyişikliklər olacaq. Bunlardan biri də daha enli təkərlərdir. Pirelli-nin hazırladığı təkərlərin testlərinə artıq başlanılıb.

F-1.az xatırladır ki, 2017-ci ilin təkərlərinin testlərində ilk növbədə 3 komanda – Mercedes AMG, Ferrari və Red Bull-un iştirak etməsinə qərar verilmişdi. Artıq hər 3 komanda təkərlərin yoxlamağa başlayıb.

Ferrari yay fasiləsinin əvvəlində yağış təkərlərini test etmişdi. Bu təkərləri yoxlayan ikinci komanda isə Mercedes AMG olub. Testlər Pol Rikar trasında keçirilib. Paskal Verlyayn 2017-ci ilin reqlamentinə uyğun olaraq modifikasiya edilmiş bolidlə həm çərşəmbə günü, həm də dünən 135 dövrə vuraraq ümumilikdə 270 dövrəlik məsafə qət edib.

Mercedes AMG 12-13 oktyabr, Red Bull isə 14-16 oktyabr tarixlərində testlərə davam edəcəklər.

Qeyd edək ki, testlərdən əldə edilən nəticələr bütün komandalarla paylaşılır. Mövsüm başa çatdıqdan sonra Əbu Dabidə bütün komandalar yeni təkərləri test etmək imkanı əldə edəcəklər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*