Williams 2018-ci il üçün sürücü heyətini mövsüm başa çatmamış açıqlamayacaq?

Willams-ın tərkibində gələn il çıxış etməyə namizəd sürücülər komandanın qərarını Əbu Dabi Qran Prisi başa çatandan sonraya qədər gözləməli ola bilərlər.

F-1.az xəbər verir ki, bu barədə Sky Sports-un eksperti və Motor Sport Magazine nəşrinin redaktoru Mark Hyuz şəxsi Twitter bloqunda yazıb. Bu, Braziliya Qran Prisi ərəfəsində gələcək karyerasını müəyyənləşdirmək istəyən Felipe Massa üçün bəd xəbərdir. Lakin görünən budur ki, braziliyalı sürücünün gələn il də komandada qalacağı inandırıcı deyil. Qrouv təmsilçisi Robert Kubitsa və Pol di Resta arasında seçim etmək niyyətindədir və hər iki sürücü ötən həftə Hunqarorinqdə komandanın 2014-cü ildə yarışdığı FW36 ilə testlərdə iştirak ediblər.

Mercedes-in dəstəklədiyi Paskal Verlyaynın da Ləns Strolla komanda yoldaşı olmaq şansı var, lakin hadisələrin bu yöndə inkişaf etməsi ehtimalı o qədər də çox deyil…

 

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*