Fransa-2022: Üçüncü sərbəst yürüşlər

Son məşq sessiyasında hamı həm sıralanma turu, həm də yarışa hazırlıq üçün təkərlər üzərində işləyiblər. Lakin olduqca isti havada heç də hamı istədiyi nəticəni almağa nail ola bilməyib.

F-1.az bildirir ki, artıq ilk dəqiqələrdə trasın istiliyi +50 dərəcəni keçib və getdikcə artıb. Həm, sürücülər, həm maşınlar, həm də bütün tribunaları dolduran tamaşaçılar üçün belə hava çox çətindir.

Red Bull adətən şənbə günü məşqlərinin ilk 10 dəqiqəsini boksda keçirir, lakin bu dəfə belə olmayıb – hər iki sürücü ilk dəqiqələrdən Medium təkərlərlə trasa çıxıblar. Lekler sərt təkərlərlə işləyib. Mercedes isə iki fərqli arxa qanaddan istifadə edib – Həmilton daha çox asfaltayatma qüvvəsi verən, Rassell isə düzlüklərə sazlanmış arxa qanadla məşq edib.

Sessiya sakit keçib. Lekler 12-ci döngədə yerində fırlanıb, Bottas 8-ci döngədə trasdan çıxıb, Tsunoda da Lətifi ilə toqquşmadan yayınmaq üçün kənara çıxmalı olub. Şumaxer boksda çox vaxt itirib. Fettel isə altlığı zədələdiyi üçün məşqi erkən başa vurmalı olub.

Maks Ferstappen həftəsonunun hələ ki, ən sürətli nəticəsini əldə edib – 1:32.272. Bizi gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:32.272 22
2 55 Karlos Sayns Ferrari 1:32.626 + 0:00.354 13
3 16 Şarl Lekler Ferrari 1:32.909 + 0:00.637 19
4 44 Lyuis Həmilton Mercedes 1:33.255 + 0:00.983 21
5 11 Serxio Peres Red Bull 1:33.293 + 0:01.021 24
6 63 Corc Rassell Mercedes 1:33.376 + 0:01.104 17
7 14 Fernando Alonso Alpine 1:33.505 + 0:01.233 17
8 23 Aleksander Elbon Williams 1:33.558 + 0:01.286 18
9 4 Lando Norris McLaren 1:33.669 + 0:01.397 15
10 22 Yuki Tsunoda AlphaTauri 1:33.751 + 0:01.479 18
11 3 Daniel Rikkardo McLaren 1:33.788 + 0:01.516 16
12 6 Nikolas Latifi Williams 1:33.841 + 0:01.569 15
13 10 Pyer Qasli AlphaTauri 1:33.869 + 0:01.597 17
14 77 Valtteri Bottas Alfa Romeo 1:33.872 + 0:01.600 19
15 23 Quanyu Çjou Alfa Romeo 1:33.911 + 0:01.639 18
16 20 Kevin Maqnussen Haas 1:34.031 + 0:01.759 22
17 31 Esteban Okon Alpine 1:34.122 + 0:01.850 17
18 18 Ləns Stroll Aston Martin 1:34.177 + 0:01.905 19
19 47 Mik Şumaxer Haas 1:34.222 + 0:01.950 11
20 5 Sebastyan Fettel Aston Martin 1:34.536 + 0:02.264 11
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*