Fransa Qran Prisi layihəsi reallaşıb?

Fransa Qran Prisinin dünya çempionatının təqviminə qaytarılması layihəsi həyata keçmək üzrədir. Bu gün hökumətin qanunverici aktları və fərmanları dərc olunan […]

Fransa Qran Prisinin dünya çempionatının təqviminə qaytarılması layihəsi həyata keçmək üzrədir. Bu gün hökumətin qanunverici aktları və fərmanları dərc olunan Journal Officiel dərgisidə Grand Prix de France təşəbbüs qrupunun yaradılması bildirilib. Qrup Fransa ərazisində Formula1 mərhələsinin təşkili və inkişafı ilə məşğul olacaq. RMC Sport radiosunun bildirdiyinə görə qrupun yaradılması xəbər verir, geriyə yol yoxdur…

Berni Ekklstoun yarış təşkilatçılarına onillik müqavilə təklif edib, amma yarış iki ildən bir keçiriləcək və Belçika Qran Prisi ilə növbələşəcək. Əvvəlcə Spa yarışının təşkilatçıları bu təklifə skeptik yanaşsalar da, danışıqlar hələ də davam edir və ümid var ki, razılıq əldə olunacaq.

Pol Rikar trasının yerləşdiyi Var əyaləti on il ərzində beş yarışın hər biri üçün 18 milyon Avro ödəməli olacaq. Bu zaman təşkilatçıalr tribunadakı yerlərdən bir qsimini özlərinə saxlamaq istəyirlər ki, yarışa öz qonaqlarını dəvət edə bilsinlər, amma Berni bu tələbin qəti əleyhinədir. Əgər tərəflər bu məsələdə razılıq əldə etməsələr, layihə kağız üzərində qala bilər. Müqavilənin imzalanmasının son tarixi isə iyulda başa çatır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*