FOTA: Ümumdünya Şurasının qərarları qanuni deyil

Formula1 komandaları assosiasiyası (FOTA) FİA-nın Ümumdünya Şurasının bu həftə qəbul etdiyi dünya çempionunun müəyyən edilməsinin qaydasına düzəlişlərin qanunsuz olduğunu bəyan […]

Formula1 komandaları assosiasiyası (FOTA) FİA-nın Ümumdünya Şurasının bu həftə qəbul etdiyi dünya çempionunun müəyyən edilməsinin qaydasına düzəlişlərin qanunsuz olduğunu bəyan edib. Bu gün FOTA-nın yaydığı bəyanata əsasən, yeni qaydaların qüvvəyə minməsi ən azı gələn ilin mövsümündən mümkün ola bilər…

FOTA-nın rəsmi bəyanatı

“Bu il martın 17-də FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi qərarların qanuniliyi komandalar tərəfindən yekdilliklə şübhə altına alınıb. Ümumdünya Şurasının təklif etdiyi İdman reqlamentindəki düzəlişlər FİA-nın Beynəlxalq İdman Kodeksinin 199-cu bəndinə əsasən çox gec, 5-ci bəndinə əsasən isə müəyyən proseduraya (bütün komandalar bu təklifi yekdilliklə bəyənməlidirlər) riayət olunmadan qəbul edilib.

Bütün komandaların yekdilliklə bəyənib FİA-ya göndərdikləri yeni xal hesablanması sistemi Ümumdünya Şurası tərəfindən rədd edildiyindən 2009-cu ilin reqlamentində heç bir dəyişiklikdən söhbət belə gedə bilməz. Bu zaman komandalar bir daha FİA ilə idmanın baxımlılığının artması naminə xal hesablanması sistemini yenidən müzakirə etmək üçün əməkdaşlığa hazır olduğunu bildirirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*