Sabah Xeres testləri başlayacaq

Çempionatın ilk yarışına düz dörd həftə qalıb və sabah Xeresdə rsəmi mövsümöncəsi növbəti testlər başlayacaq. Test sessiyası beş gün davam […]

Çempionatın ilk yarışına düz dörd həftə qalıb və sabah Xeresdə rsəmi mövsümöncəsi növbəti testlər başlayacaq. Test sessiyası beş gün davam edəcək və çempionatın 8 komandası Xeresə toplaşacaq – McLaren, Ferrari, BMW Sauber, Renault, Toyota, Red Bull, Williams və bu il ilk dəfə olaraq – Force İndia. Sabah Hindistan komandasının yeni VJM02 maşınının təqdimatı da baş tutmalıdır, məlum olduğu kimi bu mövsüm komanda McLaren Mercedes aqreqatalrı ilə çıxış edəcək. Həm də Uokinqdən olan təcrübəli mühəndislər Force İndia-dan olan həmkarlarında aktiv texniki dəstək də göstərəcəklər, indi hamını düşündürən bir məsələ var – bütün bu tədbirlər yeni maşının rəqabətədavamlı olmasına nə dərəcədə təsir edəcək.

Toro Rosso isə yeni STR4-ün testlərinə İtaliyanın Adriya trasında çərşənbə günü başlayacaq və martın 9-da Barselona testlərində rəsmən iştirak edəcək. Yalnız keçmiş Honda komandasının test proqramı haqqında heç nə məlum deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*