G.Ştayner: Şumaxerin qəzaları bizi sarsıtdı

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Mik Şumaxerin qəzaları onları maliyyə cəhətdən sarsıdıb.

F-1.az xatırladır ki, Haas komandası keçən mövsümə yaxşı başlasa da, sonradan geriləmişdilər. Onlar sadəcə Macarıstana yenilik gətirə bilmişdilər.

Günter Ştayner: “Büdcəmizi diqqətlə xərcləməli idik. Lakin ilin əvvəlində milyon dollarlara başa gələn qəzalar oldu. İl ərzində yeni sponsorlar tapmasaydıq, bu yeniliyi də hazırlaya bilməzdik”.

,