24 May 2019, Cümə - 04:16

FOTA ucuz motorlarla təminatı təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:42 - 05 Fevral, 2009

Formula1 komandaları Assosiasiyasının (FOTA) dünən baş tutmuş iclasında 2010-cu ildən başlayaraq çempionatın şəxsi komandaları üçün motor təminatı təsdiq olunub. Ehtiyac […]

Formula1 komandaları Assosiasiyasının (FOTA) dünən baş tutmuş iclasında 2010-cu ildən başlayaraq çempionatın şəxsi komandaları üçün motor təminatı təsdiq olunub. Ehtiyac olarsa müştəri maşınlarını bir mövsümə 5 milyon Avroya almaq olar, ötürmələr qutusunun təminatı isə əlavə milyon yarıma başa gələcək. Bu razılaşma şəxsi komandaları FİA-nın təklif etdiyi vahid Cosworth motorlarının istifadəsindən azad edib, amma bu variant da qüvvəsində qalıb.

İclasda 2010-cu ildən başlayaraq yarışlarda yanazaqdoldurma prosedurunun qadağan olunma və vahid telemetriya sistemlərindən istifadə imkanları da müzakirə olunub, bütün bunlar məsrəfləri azaltmağa yönəldilib, həm də komandaların artıq motorun vahid idarəetmə bloku (ECU) ilə işləmək təcrübəsi var. Bundan başqa çempionat iştirakçıları gələn ildən yayda komandaalrın bazasında ikihəftəlik tətillərin təşkilindən də danışıblar – bu təklif 2008-ci ildən müzakirə olunsa da hələ də həllini tapmayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo