FOTA KERS məsələsini müzakirə etməyə hazırlaşır

Almaniyanın Motorsport-Total həftəliyinin yazdığına görə, gələn mövsüm üçün çempionatın təkər təchizatçısı müəyyən edilən kimi, Formula1 komandalarının müzakirə edəcəkləri ən vacib […]

Almaniyanın Motorsport-Total həftəliyinin yazdığına görə, gələn mövsüm üçün çempionatın təkər təchizatçısı müəyyən edilən kimi, Formula1 komandalarının müzakirə edəcəkləri ən vacib növbəti məsələ KERS-in (kinetik enerjinin yenidən işlənilməsi sistemi) geri qaytarılması olacaq.

Nəzəri cəhətdən bu artıq gələn il baş verə bilər, amma istənilən halda KERS məsələsi tezliklə həll olunmalıdır, çünki 2013-cü ildə çempionat yeni motorlara keçəcək. Bazar günü FOTA-nın prezidenti Martin Uitmarş Berni Ekklstounla görüşəcək, görüşdə müzakirə olunacaq məsələlərdən biri də KERS-dir.

Bu cür yüksək texnologiyaların hazırlanması böyük məsrəflər tələb etdiyindən, komandalar standart KERS-dən istifadəni məqsədəuyğun sayırlar. Şayiələrə görə, Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo artıq maraqlı tərəflərlə, o cümlədən FİA ilə, səhnəarxası danışıqlar aparır ki, Formula1-də Ferrari-nin Magneti-Marelli ilə birlikdə hazırladıqları sistemlərdən istifadə olunsun. Yeri gəlmişkən, bu sistem artıq 599 GTB Fiorano modelinin bəzi versiyalarına qoyulur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*