Red Bull komandasının iqtisadiyyatı

Britaniyanın London Evening Standard qəzeti Red Bull komandasının iqtisadi vəziyyətinin statistik göstəricilərini dərc edib: 2008-ci ildə komanda Avstriyanın Red Bull […]

Britaniyanın London Evening Standard qəzeti Red Bull komandasının iqtisadi vəziyyətinin statistik göstəricilərini dərc edib: 2008-ci ildə komanda Avstriyanın Red Bull şirkətindən 80 milyon funt sterlinq alıb. Belə bir maliyyə dəstəyi komandaya keçən il dünya çempionatında ikinci yeri tutmağa kömək edib.

Red Bull komandasının 2008-ci ildə gəlirləri 26.1% artıb, komanda çempionatın təşkilatçılarından 24 milyon funt mükafat vəsaiti alıb.

Enerjili içkilər istehsal edən Red Bull şirkətinin 2009-cu ildə gəliri 3 milyard funtu keçib və öz şəxsi komandasına sərmayə yatırımı şirkətin büdcəsində ən böyük məsrəfdir.

Komandanın nailiyyətləri artdıqca, nəinki gəlirləri, eyni zamanda xərcləri də artır: 2009-cu ildə xərclər 123.5 milyon funta çatıb. Onlardan maşının hazırlanması və modernizəsinə, həmçinin bununla bağlı araşdırmalara 48.2 milyon funt xərclənib. Red Bull komandasının ştat cədvəli 40 nəfər artaraq 594 nəfərə çatıb, əmək haqqı fondu keçən mövsümdə 37.6 milyon funt təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*