21 Sentyabr 2019, Şənbə - 11:05

C.Ki Sauber-də Rampfı əvəz edəcək

C.Ki Sauber-də Rampfı əvəz edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:35 - 27 Fevral, 2010

Force İndia komandasının texniki direktoru Ceyms Kinin komandanı yeni mövsümün startında tərk etməsi çox gözlənilməz olmuşdu, amma bu gün Sauber […]

Force İndia komandasının texniki direktoru Ceyms Kinin komandanı yeni mövsümün startında tərk etməsi çox gözlənilməz olmuşdu, amma bu gün Sauber komandasının mətbuat xidməti belə bir addımın səbəblərini açıqlayıb – Ki komanda ilə müqavilə imzalayıb və aprelin 1-dən istefaya gedəcək Villi Rampfı əvəz edəcək.

Rampf artıq bir neçə il idi ki, Formula1-in gərgin ritmindən dincəlmək arzusunda olduğunu söyləyirdi, amma BMW şirkətinin çempionatı tərk etməsi 56 yaşlı mühəndisi işdə qalmağa məcbur etmişdi. İndi komanda onun yerinə layiqli kadr tapıb – Jordan-Midland-Spyker-Force İndia komandalarında 12 işlədikdən sonra Ki Hinvildə texniki şəbəyə başçılıq edəcək…

Ceyms Ki: “Hinvilə ilk səfərim zamanı başa düşdüm ki, mənim qarşımda yeni imkanlar açılır – müasir aerodinamik boru, superkompyuter, avadanlıqlar və komandanın əməkdaşlarının peşəkarlığı mənim üçüm inamlı arqument oldular. Sauber-in böyük potensialı var və komanda bu potensialını Formula1-də realizə etməlidir. Mən əvvəlki komandanın əməkdaşlarına minnətdarlıq edirəm və Peter Zauberə belə bir şansa görə təşəkkür edirəm.”

Peter Zauber: “Gənc olmasına baxmayaraq, Ceymsin Formula1-də onillik təcrübəsi var, onun keçən il hazırladığı maşın hamı üçün sürpriz olmuşdu. Ceyms şəxsi komandadan gəlib və bilir ki, məhdud büdcə daxilində necə işləmək lazımdır, o bizdən ən yüksək səviyyədə texniki imkanlar alacaq. Aprel ayında Villi və Ceyms təhvil-təslim prosesini keçəcəklər.

Mən bilirdim ki, Rampf getməyə hazırlaşır və onun bu qərarıını başa düşürəm. Villi bizim komandada böyük uğur qazanıb, mən onu hələ 1994-cü ildə komandaya yarış mühəndisi kimi dəvət etmişdim. 1998-ci ildə o Paris-Dakar rallisində BMW motosikletlərini uğurla təmsil etmək üçün komandadan getmişdi, bir ildən sonra isə komandaya texniki direktor kimi qayıtdı. 2001-ci ildə onun qurduğu ilk maşın çempionatı dördüncü yerdə başa vurmuşdu. Biz Villiyə çox minnətdarıq.”

Villi Rampf: “Əgər siz Formula1 komandasının texniki direktoru vəzifəsini tutursunuzsa, onda iş birinci planda olmalıdır, qalan hər şey ikinci plana keçir. Mən on il bu vəzifədə çalışmışam, indi isə estafeti ötürmək vaxtıdır. Peter mənə avtoidmanın elitasında daxil olamq imkanı vermişdi, mən komanda ilə keçirdiyim günləri unutmayacam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 274
Teqlər
Paylaş

logo