19 İyun 2019, Çərşənbə - 11:00

K.Rəykkönen yarışdan kənar qalıb

K.Rəykkönen yarışdan kənar qalıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:18 - 02 Avqust, 2009

Finlandiyadan aldığımız son xəbərlərə görə, Kimi Rəykkönen Rally Finland mərhələsinin şənbə günü son sahəsində trasdan çıxıb. Bu günün sonuncu – […]

Finlandiyadan aldığımız son xəbərlərə görə, Kimi Rəykkönen Rally Finland mərhələsinin şənbə günü son sahəsində trasdan çıxıb. Bu günün sonuncu – 19-cu sahəsinin startından bir qədər sonra onun idarə etdiyi Fiat Abarth Grande Punto trasın kənarındakı quyuya düşüb, maşın göydə iki dəfə fırlanaraq təkərləri üstə yerə enib. Xoşbəxtlikdən, nə sürücü, nə də şturman Kay Lindström zədələnməyiblər. Bu insidenti Ferrari-nin mətbuat xidməti də təsdiq edib…

Kimi Rəykkönen: “Mən döngəyə geniş girdim, maşın sürüşdü, arxa təkərlər quyuya düşdü və maşını fırladı, sürət böyük deyildi. Maşın damı üzərindən iki dəfə fırlandı, amma zərbələr güclü deyildi, biz qaydasındayıq. Belə qəzalar rallinin bir hissəsidir.”

İstənilən halda, Rəykkönenin WRC çempionatında debütü kifayət qədər uğurlu alınıb: bugünkü qəzaya kimi o N qrupunda 3-cü və ümumi təsnifatda 15-ci yeri tuturdu və bir çox təcrübəli ralli sürücülərini qabaqlayırdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 240
Teqlər
Paylaş

logo