Ş.Lekler: Ən yaxşı yarışımız idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Portuqaliya builki ən yaxşı yarışları olub.

F-1.az xatırladır ki, monakolu sürücü 4-cü yerdə başladığı yarışı elə 4-cü yerdə bitirib. Ferrari Portimao-da Mercedes və Red Bull-dan sonra ən sürətli üçüncü komanda idi.

Şarl Lekler: “Yarışın əvvəlində çətinlik yaşamadım və startdan sonra yağış başladı. Bu hissədə bir az çətinlik çəkdim. Səbirli davrandım və təkərlər qızanda rəqiblərimi keçərək, itirdiyim yerləri qazandım. Yarışın bəzi hissələrində podiuma çıxa biləcəyimi düşündüm, ancaq Maks bizdən bir az sürətli idi.

Ferrari-nin builki ən yaxşı yarışı idi. Komanda və mənim üçün əla yarış oldu. Yarış belə bitdiyi üçün xoşbəxtəm. Sıralanma turunda güclü olsaq da, yarışlarda çətinlik çəkirdik. Buna cavab axtarırdıq və burada o cavabları aldıq. Xoşbəxtəm. Komandamla fəxr edirəm.

Bolid getdikcə güclənir və doğru yöndə olmağımız cəsarətvericidir. Ferrari azarkeşləri komandanın qələbələrini görmək üçün yeni bolid istəyir, ancaq bu olmayacaq. Addım-addım qabağa gedəcəyik. Belə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*