K.Horner: “Renault Mercedes-dən 47 at qüvvəsi geridədir”

Red Bull komandasının rəhbəri Kristian Horner hesab edir ki, Renault mühərriyi Mercedes mühərriyindən 47 at qüvvəsi geri qalır.

F-1.az xatırladır ki, Renault mühərriyini təkmilləşdirdikdən sonra Red Bull Mühəndislər Kubokunda Ferrari ilə mübarizə aparmağa başlayıb. Amma Horner düşünür ki, onlar Mercedes-ə çatmaq üçün çox iş görməlidirlər: “Hər şey bir-birinə uyğun olmalıdır. Onların bir-birinə uyğun motor-şassi kombinasiyası var. Renault bəzi addımlar atdı və gələcək üçün daha çox potensial olduğunu bilirik. Düşünürük ki, daha güclü olacaqlar.

Mercedes-dən 47 at qüvvəsi geri qalırıq. Amma Renault fərqi bağlamaq üçün bəzi planlar qurur və biz bundan xəbərdarıq”.

Renault motorçuları Macarıstan QP-dən əvvəl bildirmişdilər ki, onlar 2017-ci ilə fokuslanacaqlar və 2016-cı ildə elə də böyük yenilikləri olmayacaq. Amma Horner düşünür ki, hazırkı mühərriyi inkişaf etdirərək, daha yaxşı nəticələr əldə edə bilərlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*