S.Fettel xoşbəxt deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel xoşbəxt olmadığını deyib.

F-1.az xatırladır ki, almniyalı sürücü İtaliya yarışında yerində fırlanıb və daha sonra trasa təhlükəli qayıtdığı üçün 10 saniyə dayan və get cəzası alıb. Nəticədə dördqat Dünya Çempionu yarışı xalsız başa vurub.

Sebastyan Fettel: “Bu günə görə xoşbəxt deyiləm. Yaxşı startında pis tərpəndik və yer itirdik. Amma daha sonra yerimizi bərpa etdik. Bolidin arxa tərəfini itirdim. Bu qədər bəsit. Ondan sonra yarış bitdi. Yerimdə fırlanandan sonra yola çıxmaqda çətinlik çəkdim. Buna görə də Strollun gəldiyini görmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*