Formula1 yarışın təxirə salınması üzündən 100 milyon dollar itirəcək

Britaniyanın The Telegraph qəzetinin jurnalistləri Bəhreyn yarışının təxirə salınması üzündən Formula1-in ümumi maliyyə itkilərini hesablayıblar – itkilərin səviyyəsi təxminən 100 […]

Britaniyanın The Telegraph qəzetinin jurnalistləri Bəhreyn yarışının təxirə salınması üzündən Formula1-in ümumi maliyyə itkilərini hesablayıblar – itkilərin səviyyəsi təxminən 100 milyon dollar qiymətləndirilib…

Biz artıq qeyd etmişdik ki, Berni Ekklstoun yarışın təşkilatçılarından təxminən 40 milyon dolları tələb etməyəcək. Uduzanlar siyahısında komandalar da var, onlar sponsorlarının qarşısında reklam öhdəliklərini yerinə yetirə bilməyəcəklər və bu yarışa görə mükafatdan da mərhum olacaqlar (Ferrari-nin itkiləri 10 milyon dolları keçib).

CVC-nin səhmdarları reklam gəlirlərindən mərhum olublar, yarışın titul sponsoru Gulf Air avia şirkəti 60 milyon dollar ödəməli idi, digər sponsorlar da bir o qədər, FOM avadanlıqlarını Bəhreynə göndərdiyi üçün bu pulu da geri qaytara bilməyəcək, indi bu avadanlıqlar Avstraliyaya göndərilməlidir.

Bundan başqa, yarışın təşkilatçıalrı bilet satışından vəsait əldə edə bilməyəcəklər – keçən il onlar 14 milyon dollar toplamışdılar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*