F.Briatore: “Titula namizədlərin sayı yenə də dörd olacaq”

Mark Uebberin meneceri olan Flavio Briatore hesab edir ki, avstraliyalı sürücü mövsüm başa çatdıqdan sonra hələ payızda, mövsümün gedişində aldığı […]

Mark Uebberin meneceri olan Flavio Briatore hesab edir ki, avstraliyalı sürücü mövsüm başa çatdıqdan sonra hələ payızda, mövsümün gedişində aldığı çiyin zədəsi haqqında mətbuata bildirməkl səhv addım atıb. Flavionun fikrincə, Mark bu problemi ya dərhal komandaya bildirməli idi, ya da, ümumiyyətlə, heç kimə deməməli idi.

Uebber dağlarda gəzinti zamanı velosipeddən yıxılmışdı – bu hadisə Yaponiya Qran Prisindən dərhal sonra baş vermişdi. Ancaq sürücü mövsümü üçüncü yerdə başa vurduqdan sonra bu hadisə barədə mətbuata bildirmişdi və əmin etmişdi ki, bu zədəsi onun sürətinə heç bir təsir etməmişdi.

Briatore hesab edir ki, sürücü başqa cür hərəkət etməli idi…

Flavio Briatore: “Problem barədə sussa daha yaxşı olardı. Ya da dərhal komandaya xəbər verməli idi. Amma Mark titulu bu zədəyə görə əldən vermədi – titul Koreyadakı səhvə görə əldən getdi. Əks halda o çempion olmalı idi.”

Qarşıdakı mövsümdə Ferrari-nin favorit hesab edirsinizmi – sualına Briatore belə cavab verib: “Hələlik demək çətindir. Gözləyirəm ki, Red Bull çox güclü olacaq, McLaren də rəqabətədavamlı olacaq. Fikrimcə, titula namizədlərin sayı yenə də dörd olacaq: Fettel, Uebber, Alonso və Həmilton.

Fernando qələbəyə köklənib və Ferrari həmişəki kimi mövsümün əvvəlindən sürətli olan maşın düzəltməyə çalışır. Alonsonun titul qazanamğa hər cür şəraiti var, o buna layiqdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*