Formula1 veteranları N.Rosberqə inanırlar

Niko Rosberq Çin Qran Prisindəki ilk qələbəsindən sonra bildirib ki, indi üçqat dünya çempionu Niki Lauda ilə razılaşa bilər – […]

Niko Rosberq Çin Qran Prisindəki ilk qələbəsindən sonra bildirib ki, indi üçqat dünya çempionu Niki Lauda ilə razılaşa bilər – avstriyalı əfsanəvi sürücü hesab edir ki, birinci qələbədən sonra digərləri asanlıqla əldə olunur.

RTL telekanalının efirində yarışın nəticələrini şərh edən Lauda deyib ki, indi Rosberqə qələbə qazanma çox asan olacaq…

Niki Lauda: “İndi qələbə qazanmaq asan olacaq, axı Niko sübut etdi ki, qələbə qazana bilər. Növbəti qələbələr özünü çox gözlətməz…”

Nikonun atası Keke Rosberqlə bir vaxtlarda Formula1-də yarışan Patrik Tambenin hesabında cəmi iki qələbə var, amma buna baxmayaraq fransalı veteran sürücü də təsdiq edib ki, ən çətin birinci qələbəni qazanmaqdır…

Patrik Tambe: “İlk qələbədən sonra hər şey asan olacaq, xüsusən də, əgər sən bu qələbəni 110 Qran Pri gözləmisən. Bu qələbə yüngüllük gətirir. Niko hələ çox gəncdir və onun böyük təcrübəsi var. Bu uğuru təkrarlamaq üçün Nikonun çox şansı var. İlk qələbə ən çətinidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*