Formula1 televiziya reytinqləri rekordlar vurur

Formula1-in 61-ci dünya çempionatının startını məxsusi səbirsiliklə gözləyirdilər, mövsümöncəsi testlərin nəticələrini və Mixael Şumaherin qayıtmasını nəzərə alsaq bu təəccüblü deyildi. […]

Formula1-in 61-ci dünya çempionatının startını məxsusi səbirsiliklə gözləyirdilər, mövsümöncəsi testlərin nəticələrini və Mixael Şumaherin qayıtmasını nəzərə alsaq bu təəccüblü deyildi. Ona görə də Almaniyada Formula1-in televiziya auditoriyası iki dəfə artıb!

Britaniyalı ekspert Co Savar öz bloqunda aşağıdakı rəqəmləri göstərib: Almaniyanın RTL telekanalında Bəhreyn Qran Prisini izləyən tamaşaçıların orta sayı 10.5 milyon adam olub, maksimum bu göstərici 11.5 milyona çatıb.Keçən il Abu Dabidə mövsümün son yarışını bu kanalda cəmi 5.4 milyon azarkeş izləmişdi.

İspaniya da geri qalmır – həmyerliləri Fernando Alonsonun Ferrari-də ilk qələbəsini La Sexta kanalında 5.2 milyon tamaşaçı izləyib, pik vaxtı bu rəqəm 7 milyona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*