18 Avqust 2019, Bazar - 08:53

Formula E-nin rəhbəri Massanı öz seriyasında görmək istəyir

Formula E-nin rəhbəri Massanı öz seriyasında görmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:38 - 23 Sentyabr, 2016

Formula E-nin rəhbəri Alexandro Aqaq Felipe Massanın öz seriyasında yarışmasını istəyir.

F-1.az xatırladır ki, Felipe Massa mövsümün sonunda təqaüdə çıxacaq. Braziliyalı sürücü 2017-ci ildə başqa seriyalarda yarışmaq istəyir.

Massa verdiyi açıqlamalarda bildirib ki, Amerikadakı seriyalarda yarışmaq istəmir və əlavə etmişdi ki, Formula E-də yarışa bilər. Formula E-nin rəhbəri Aqaq da Massanı öz seriyasında görmək istəyir: “Formula E ilə bağlı dediklərini eşidəndə ona Whatsapp vasitəsilə mesaj göndərdim və onu burada görmək istədiyimizi yazdım. Buraya gəlməsini istəyərik. Bu komanda və sürücülərin qərarıdır, amma onun kimi bir sürücünü burada görmək istəyərəm.

Onun kimi bir sürücü DTM və WEC-ə alternativ olaraq bizi göstərir. Bizim əsl alternativ olduğumuzu deyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 411
Teqlər , ,
Paylaş

logo