Force İndia-nın əməkdaşı insidentdən sonra Bəhreyni tərk edib

Force İndia komandasının əməkdaşlarından biri dünən axşam baş vermiş insidentdən sonra Bəhreyni tərk edib. Komandanın dörd mexaniki icarəyə götürdükləri maşınla […]

Force İndia komandasının əməkdaşlarından biri dünən axşam baş vermiş insidentdən sonra Bəhreyni tərk edib.

Komandanın dörd mexaniki icarəyə götürdükləri maşınla mitinqçilərin polislə qarşıdurmasının iştirakçısı olub, onların maşınının yanında əldəqayırma qumbara partlayıb. Mexaniklərdən heç birinə xələl dəyməyib, amma komandanın əməkdaşlarından biri bu insidentdən sonra Bəhreyni tərk etməyi qərara alıb. İnsidentdə iştirak edən mexaniklər isə Qran Prinin gedişində işlərini davam etdirirlər.

Avtodromun direktoru Zayed əl Zayani jurnalistlərə bildirib ki, bu ayrı bir insidentdir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olmayacaq…

Zayed əl Zayani: “Bu kiçik bir ayrı insidentdir, mənim həyat yoldaşım da orada olub. Mitinqçilər maşını zədələmək istəməyiblər, sadəcə həmin mexaniklər lazım olan anda lazım olmayan yerə düşüblər. Heç kim zədələnməyib. Mən polislərə rəhbərlik etmirəm, onlar öz işlərini əla bilirlər, mənim isə işim yarışın təşkilidir.”

Qeyri-rəsmi məlumatlara görə, bir az əvvəl komandanın daha bir əməkdaşı Britaniyaya qayıdıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*