Williams sürücüləri bu dəfə yaxşı nəticə gözləyirlər

Williams komandasının sürücüləri Felipe Massa və Valtteri Bottas növbəti Rusiya yarışının onlar üçün əlverişli olacağını güman edirlər...

F-1.az xatırladır ki, Williams komandası bu mövsüm gözləntiləri doğrultmur.

Felipe Massa: “Soçi trası mənə həzz verən traslardandır. Bu tras şəhər tipli müvəqqəti trasla daimi trasın sintezidir. Həzz aldığım yarışlardan biridir və biz burada həmişə güclü oluruq.

Rusiyanı elə də yaxşı tanımıram, çünki kiçik şəhərdə qalırıq və vaxtımızın çoxu oteldə və ya trasda keçir. Orada yarışmağı sevirəm və ümid edirəm ki, bu tədbir hər il davam edər”.

Valtteri Bottas: “Rusiya bizim ölkə ilə sərhəddədir. Soçi trası çox texniki trasdır və orada sürmək çox maraqlıdır. Orada həmişə yaxşı nəticələr aldım.

Keçən il istədiyim kimi olmadı, amma sürətli idim və komanda olaraq rəqabətədavamlı idik.

Soçidəki tras hamardır və buna görə də sıralanma turunda təkərləri isitmək heç də asan olmur. Ona görə də sürətli dövrə vurmaq çətinləşir.

Əvvəlki mövsümlərdə təkərləri isitməkdə çətinlik çəkdik, amma ümid edirəm ki, bu problemi həll etmişik. Əminəm ki, Rusiyada yaxşı həftəsonu keçirəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*