FOM təqvimin müxtəlif variantları üzərində işləyir

FOM pandemiyaya görə yaranmış və yarana bilkəcək vəziyətlərə uyğun təqvim versiyaları üzərində çalışır. Artıq bəzi ölkələrdə vəziyyət müsbətə doğru gedir və məhdudiyyətlər tədricən azaldılacaq.

F-1.az bildirir ki, bu da mövsümün başlaması üçün yaşıl işıq ola bilər. Çox güman ki, ilk yarışlar tamaşaçısız baş tutacaq. Müxtəlif təqvim variantlarındakı yarış sayları da fərqlənir. Ən az yarış daxil edilən variantda 8, ən çox olanda isə 19 Qran Pri nəzərdə tutulub. Ən çox yarışlı variantı təklif edən isə Ross Braundur. Lakin variantlar arasında ən pisi – mövsümün tamamilə ləğv edilməsi də var ki, heç kim bu versiya barədə düşünmək istəmir.

Yarışlardan yalnızca biri mütləq ilkin təqvimdə göstərildiyi tarixdə keçirilməlidir – Sinqapurdakı mübarizə ya sentyabrın 20-də baş tutmalı, ya da ləğv edilməlidir. Çünki şəhər trasında baş tutacaq bu yarışdan əvvəl çox uzun bir hazırlıq dövrü olur və tarix çox əvvəldən dəqiqləşdirilir. Digər yarışların vaxtını isə dəyişmək mümkündür.

Ən optimal variant 15 yarışlıq təqvimdir. Minimum bu sayda yarış baş tutarsa,kommersiya hüquqlarının sahibləri televiziyalarla olan müqavilələri yenidən nəzərdən keçirməli olmayacaqlar. Aydındır ki, yarışların vaxtlarının dəyişidirilməsi və tamaşaçısız baş tutması ucbatından promouterlərlə bağlanmış müqavilələrdə dəyişikliklər ola və onların ödənişlərinə güzəştlər edilər bilər.

Hazırda bir çox adam çempionatın iyul ayında baş tutacaq iki ardıcıl yarışla başlayacağına ümid edir. Bu iki yarışın Avstriya, Britaniya və ya Fransada baş tutacağı vəziyyətdən asılı olacaq. Avqustda isə 4 ölkədən (Macarıstan, Niderland, Belçika və İtaliya) üçündə yarış keçirilməsi gözlənilir. Niderlandlılar yarışın boş tribunalar önündə baş tutmasını istəmədiyindən, bu mərhələ sual altındadır.

Bu versiyaya görə, daha sonra çempionatın Asiyadakı yarışlarla davam edəcəyi gözlənilir. Sentyabrda Sinqapur və Rusiya (və ya Azərbaycan), oktyabrda birinin həftəsonu 2 gün olmaq şərtiylə Yaponiya, Vyetnam və Çin Qran Priləri baş tutacaq. Noyabrda isə çemoionat iştirakçıları okeanın o tayına ABŞ, Meksika və Braziliya yarışları üçün gedəcəklər. Mövsümün dekabr ayında Bəhreyn və Əbu Dabi yarışları ilə başa çatacağı güman olunur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*