20 İyun 2019, Cümə axşamı - 11:24

F.Massanı kim əvəz edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:07 - 26 İyul, 2009

Macarıstan Qran Prisinin rəsmi start protokolundan görünür ki, bu yarışda Ferrari-ni yalnız Kimi Rəykkönen təmsil edəcək. Beləki, artıq aydındır ki, […]

Macarıstan Qran Prisinin rəsmi start protokolundan görünür ki, bu yarışda Ferrari-ni yalnız Kimi Rəykkönen təmsil edəcək. Beləki, artıq aydındır ki, Felipe Massanın sağalması bir neçə ay çəkə bilər, ona görə də paddokda mövsümün qalan yarışlarında braziliyalı sürücünü əvəz edəcək sürücülər barədə söz-söhbətlər başlayıb. Crash.Net saytının verdiyi xəbərə görə, hətta Mixael Şumaherin geri qayıtması barədə absurd şayiələr də yayılıb…

İdman reqlamentinin 19.1 bəndinə əsasən Qran Pri ərəfəsində sürücünün əvəz olunması sıralanma turuna qədər istənilən an mümkündür. Hərçənd, qaydalarda istisna da var: “fövqaladə hallar ayrıca nəzərdən keçirilir.”

Formla olaraq Ferrari-nin ehtiyat pilotu Mark Jene sayılır, amma hələlik Ferrari-nin mətbuat relizlərində Massanın əvəz olunması mövzusuna toxunulmur. Sonuncu dəfə Jene 2004-cü ilin yayında Ralf Şumaheri əvəz edərkən Williams-ın sükanı arxasına əyləşib. Amma ispan sürücü digər avtoidman seriyalarında özünü uğurla göstərib, məsələn, bu ilin iyununda “Lə Manın 24 saatı” məşhur marafonunda Peugeot-nun sükanı arxasında Aleks Vürs və Dəvid Brəbhəmlə birlikdə qələbə qazanıb.

Skuderiyanın daha bir test sürücüsü əvvəlki kimi italiyalı Luka Badoyer sayılır, amma o çoxdandır ki, starta çıxmır. Ehtimal etmək olar ki, dünənki hadisələr Ferrari-nin ikiqat dünya çempionu Fernando Alonsoya marağı barədə növbəti şayiələr dalğasını doğuracaq. İstənilən halda, Skuderiyanın rəhbərliyi yaxın həftələrdə zədələnmiş Massanın əvəz olunması məsələsini həll etməlidir: Avropa Qran Prisinə bir aydan az vaxt qalır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo