D.Rikkardo: “Podiumda olmaq gözəldir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, podiumda olduğu üçün özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışın sonunda Sebastyan Fettelin amansız hücumlarından mövqeyini qoruyaraq, üçüncü ola bilmişdi.

Daniel Rikkardo: “Bu gün bolidimiz çox güclü idi və Maks da qalib gələrək bunu göstərdi. Valtterinin arxasında çox vaxt itirməsəm, bəlkə ön qrupa yaxın ola bilərdim, amma heyif ki, alınmadı. Son hissədə Sebastyan çox güclü idi və yerimi qoruya biləcəyimə əmin deyildim. Amma bəxtim gəirdi ki, yerimi qoruya bildim və podiuma yüksəldim. Maksı təbrik edirəm. Əla iş görərək, qalib gəldi. Ümid edirəm ki, Yaponiyada da işlər bizim üçün yaxşı gedər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*