F.Massa Şanxaya ailəsi ilə gedəcək

Dünyanın bir çox ölkələrində katoliklər Pasxa bayramını qeyd etməyə hazırlaşırlar, Formula1 sürücüləri də bu bayramı ailələri ilə birlikdə keçirmək imkanı […]

Dünyanın bir çox ölkələrində katoliklər Pasxa bayramını qeyd etməyə hazırlaşırlar, Formula1 sürücüləri də bu bayramı ailələri ilə birlikdə keçirmək imkanı əldə ediblər. Məsələn, Felipe Massa Maranellodan Monakodakı evinə qayıdıb. Maranelloda braziliyalı sürücü intensiv işləyib, simulyatorda çalışıb və mühəndislərlə müzakirələr edib və Ferrari California idman maşının reklam çəkilişində dincəlib…

Felipe Massa: “İstənilən Qran Pritə hazırlıq zamanı komanda ilə birlikdə işə vaxt ayırmalısan. İndi mən Monakoya qayıtmışam və iki gün dincəldikdən sonra Şanxaya uçacam.

Mənim həyat yoldaşım Raffaela və oğlum Felipinyo da mənimlə uçacaqlar: bütün ailə uzaq səfərə birlikdə yollananda mənə xoş olur və biz hamımız bir yerdə Ferrari iləyik, mənim ikinci ailəmlə!”

Pasxa tətillərinə baxmayaraq, Formula1 komandaları dincəlmirlər: artıq bu gün mütəxəssislərin bir qrupu avadanlıqlarla Şanxaya yollanacaq. Əsas heyət isə gələn həftənin əvvəlində Çinə yola düşəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*