F.Massa ənənəvi “Ulduzlar yarışı”na hazırlaşır

Bu uik-end Braziliyanın Florianpolis şəhərində Felipe Massanın hər ilin sonunda təşkil etdiyi ənənəvi xeyriyyə yarışı keçiriləcək. Yarışda milli sürücülərlə yanaşı, […]

Bu uik-end Braziliyanın Florianpolis şəhərində Felipe Massanın hər ilin sonunda təşkil etdiyi ənənəvi xeyriyyə yarışı keçiriləcək. Yarışda milli sürücülərlə yanaşı, Felipenin başqa ölkələrdən dəvət etdiyi sürücülər də güclərini sınayacaqlar.

Massanın özündən başqa Formula1-i yenə də Rubens Barrikello və Lukad di Qrassi təmsil edəcəklər, onlara Bruno Senna və Xayme Algersuari qoşulacaq, keçənilki yarışın qalibi Mixael Şumaher bu dəfə Braziliyaya gəlməyəcək. Keçmiş Formula1 sürücülərindən starta Enriko Bernoldi, Kristian Fittipaldi, Luçano Burti, Rikardo Zonta və Antonio Pitsoniya çıxacaq.

Əlbəttə, digər seriyaları təmsil edən yerli sürücülər də kartinqin sükanı arxasına oturacaqlar: İndy500-ün üçqat qalibi Xelio Kastroneveş, Toni Kanaan, Vitor Meyra, Maks Uilson və Felip Jaffone. Bundan başqa start siyahısında bir qadın sürücünün də adı var: bu il İndyCar-da debüt etmiş Ana Beatriz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*