L.Həmilton nəticədən razıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton komanda yoldaşı Bottasın daha üstün olduğunu qəbul edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1 tarixinin mininci Qran Prisində poulu cüzi fərqlə əldən verib.

Lyuis Həmilton: “Valtterini təbrik edirəm. Bütün həftəsonu ərzində güclü idi. Mən isə bolidlə mübarizə aparırdım. Təslim olmadım və sona qədər sürdüm. Bəzən aramızda 0.8 saniyə fərq oldu. Lakin sonda ona bu qədər yaxın olmaq mükəmməldir. Komanda üçün heyrətamiz nəticədir.

Ferrari düzlüklərdə çox sürətlidir. Amma biz də döngələrdə daha yaxşıyıq. Bazadakı işçilərimizin səyləri nəticəsində son iki yarışı və testləri təhlil etdik. Bu, bizim üçün yaxşıdır. Xoşbəxtəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*