F.Massa: “Çox çətin yarış oldu”

Bugünkü yarışda Ferrari maşınları sürətdə Red Bull və McLaren maşınlarına uduzublar, amma Skuderiya rəqiblərin müxtəlif problemlərindən yararlanıb və komanda hesabına […]

Bugünkü yarışda Ferrari maşınları sürətdə Red Bull və McLaren maşınlarına uduzublar, amma Skuderiya rəqiblərin müxtəlif problemlərindən yararlanıb və komanda hesabına vacib 26 xal qazanıb. Uğursuz sıralanma turundan sonra doqquzuncu yerdən start alan Felipe Massa yarışda da heç nə ilə yadda qalmayıb və sadəcə finişdə altıncı olub…

Felipe Massa: “Çox çətin yarış oldu. Mən yaxşı start aldım, amma bir neçə dəfə rəqiblərimə dirənirdim, ona görə də stabil tempdə gedə bilmirdim. Əsas problem isə asfaltla ilişmənin zəif olması idi, xüsusən də üçüncü sektorda: mən Censona yaxınlaşan kimi məhz trasın bu sahəsində o məndən uzaqlaşırdı. Biz maşın üzərində ciddi işləməliyik – biz çox xal toplasaq da, mən uik-endin necə keçməsindən razı deyiləm.

Bir həftə sonra biz Monakoda yarışacayıq – bu mənim ikinci ev yarışımdır, axı mən trasdan cəmi 100 metr kənarda yaşayıram. Monakoda biz başqa təkərlərdən istifadə edəcəyik və mən ümid edirəm ki, bu mənə kömək edəcək!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*