A.Kampos komandasına Sennanı dəvət etmək istəyir

Keçmiş GP2 sürücüsü Bruno Senna gələn il yeni Campos komandasının heyətində Formula1-də debüt edə bilər. Bu barədə komandanın başçısı Adrian […]

Keçmiş GP2 sürücüsü Bruno Senna gələn il yeni Campos komandasının heyətində Formula1-də debüt edə bilər. Bu barədə komandanın başçısı Adrian Kampos İspaniyanın Cadena SER radiosunun efirində söyləyib. Kampos bir neçə dəfə qeyd edib ki, komandaya təcürbəli peşəkar sürücü də dəvət etmək istəyir ki, maşının təkmilləşdirilməsində onun köməyi olsun, Kamposu Pedro de la Rosa çox maraqlandırır, Pedronun McLaren-lə müqaviləsi ilin sonunda başa çatır…

Amma radiomüsahibəsində Kampos daha iki sürücünün adını çəkib: rusiyalı Vitaliy Petorv və ispaniyalı Antonio Qarsiya.

Hazırda Petrov GP2 seriyasında vaxtılə Kamposa məxsus olan komandada çıxış edir və çempionatda titula üç namizəddən biridir. Bundan başqa hesab olunur ki, o özü ilə yaxşı sponsorlar da gətirə bilər. 29 yaşlı Qarsiya isə 2000-ci ildə Kamposun komandasının heyətində Nissan Dünya Seriyasında qalib gəlmişdi. Son illər o sportkarların yarışlarına qatılır, o cümlədən, Lə Manda da çıxış etmişdi. Qarsiya həm də Fernando Alonsonun yaxın dostudur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*