15 Dekabr 2018, Şənbə - 16:02

Williams komandasının sürücüləri dilə gəliblər

Williams komandasının sürücüləri dilə gəliblər

Müəllif: Rauf Hacıyev, redaktor

12:57 - 27 Aprel, 2018

Williams komandasının sürücüləri bildiriblər ki, komanda döngələrdə sürət qazanmaq istəyərkən düzlükdəki sürəti itiriblər.

F-1.az xatırladır ki, britaniyalı komanda bu il xal üzünə həsrət qalıb. Komandanın texniki direktoru Pəddi Lou bildirib ki, geridə qalmaqlarının əsas səbəbi döngə çıxışlarında vaxt itirmələridir.

Sergey Sirotkin: “Bu il bolidin fəlsəfəsini dəyişdirdik. Amma heç kim balansı pozmaq istəmirdi. Ən azından döngə-düzlük balansını 50-50 etmək istəyirdik. Düzlükdə geri qalmaq istəmirdik. Lakin əvvəldən bilirdik ki, düzlüklərdə əvvəlki kimi güclü olmayacağıq”.

Ləns Stroll: “Düzlüklərdə çox güclü idik, amma artıq bunu itirdik və zəif tərəfimizi təkmilləşdirə bilmədik. Keçənilki boliddə düzlük tempi əla idi və yerimizi qoruya bilirdik. Döngələrdəki sürətimiz isə istədiyimiz kimi deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər , , , , , ,
Paylaş

logo