18 İyun 2019, Çərşənbə axşamı - 08:56

F.Massa: “Çətin yarış oldu”

F.Massa: “Çətin yarış oldu”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:28 - 03 May, 2010

Ferrari komandası Çində uğursuz çıxış edib, hərçənd, Fernando Alonso çoxsaylı pit-stoplara və falstarta görə pit-leyndən keçməklə aldığı cəriməyə baxamayaraq, yarışı […]

Ferrari komandası Çində uğursuz çıxış edib, hərçənd, Fernando Alonso çoxsaylı pit-stoplara və falstarta görə pit-leyndən keçməklə aldığı cəriməyə baxamayaraq, yarışı dördüncü yerdə başa vura bilib. Onun komanda yoldaşı Felipe Massa isə yağışlı yarışları heç vaxt xoşlamayıb, elə bu dəfə də braziliyalı sürücü heç nə ilə yadda qalmayıb – yalnız son dövrələrdə keçmiş komanda yoldaşı Mixael Şumaheri qabaqlayan Massa doqquzuncu olub…

Felipe Massa: “Yarış çox çətin oldu və aydındır ki, mən nəticədən razı deyiləm. Əlbəttə, iki xal sıfırdan yaxşıdır, amma biz qarşıdakı yarışlarda yaxşı çıxış etməliyik, bunun üçün maşın üzərində işləməliyik.

Düz startdan başlayaraq təkər seçmək çətin idi, çünki hava daim dəyişirdi. Pit-stopa girərkən Fernandonun məni keçməsi epizoduna gəlincə, sancaqdan çıxarkən mən gölməçəyə düşdüm və bir anlığa maşına nəzarəti itirdim: Fernando daxili trayektoriyada olduğundan pit-leynin girişində məni qabaqlaya bildi. Buna görə mən bir neçə yer itirdim, çünki onun pit-stopunun qurtarmasını gözləməli oldum.

Son dövrələrdə isə təkərlər tam yeyildiyindən maşın trasda sürüşməyə başlamışdı, amma Mixaelin vəziyyəti lap pis idi, ona görə də mən onu keçə bildim.

Biz bir neçə dəfə gördük ki, yarışdan yarışa vəziyyət radikal dəyişir və biz daha gərgin işləməliyik ki, potensialımızdan daha geniş istifadə edək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo