V.Veber: “Ailəsi Şumaxer barədə məlumat verməlidir”

Əfsanəvi pilotun sabiq meneceri Villi Veber Mixaeli ziyarət etmək üçün dəfələrlə icazə almağa çalışdığını, Korinna Şumaxerin buna əngəl olduğunu bildirmişdi...

F-1.az xəbər verir ki, bunun üstündən 2 aya yaxın vaxt keçib və heç bir dəyişiklik yoxdur…

Villi Veber Şumaxerin ailəsini onun səhhəti barədə məlumat verməyə çağırır: “Tək istədiyim odur ki, bir gün telefonuma zəng gəlsin, Mixaellə görüşmək üçün gəl desinlər. Mixaelin pərəstişkarları onun səhhəti ilə bağlı ən adi xəbərə də sevinəcəklər. Həm də, bu, onun uzun müddət birgə işlədiyi insanlar üçün də yaxşı olar…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*