FİA-nın yeni məhdudiyyətləri Renault motorlarına aiddir?

Biz artıq yazmışdıq ki, motor istehsalçılarından birinin mühəndisinin FİA-ya müraciətindən sonra federasiya motorun Vahid İdarəetmə Blokunda (ECU) proqram təminatına düzəliş […]

Biz artıq yazmışdıq ki, motor istehsalçılarından birinin mühəndisinin FİA-ya müraciətindən sonra federasiya motorun Vahid İdarəetmə Blokunda (ECU) proqram təminatına düzəliş edəcək – bununla akselerator pedalının basılmasından asılı olmayaraq maşının arxa hissəsində asfalta yatma qüvvəsinin artmasının qarşısı alınacaq.

FİA-nın konkret olaraq heç bir komandaya qarşı iddiası yox idi, amma şayiələrə görə, söhbət Renault motorlarından gedir – Barselona testlərində bir çox ekspertlər Red Bull maşınlarında sürətlənmə zamanı motorun səsinin dəyişməsini müşahidə etmişdi.

Qeyri-rəsmi məlumatlara görə, Renault və Red Bull mühəndislərinin birgə kəşf etdikləri yeni metod döngələrin çıxışında asfalta yatma qüvvəsini artırmağa imkan verir. Formal olaraq bu metod reqlamentə zidd deyil, amma söhbət qazburaxma sisteminin aerodinamikaya təsirindən gedir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*