2026-cı ildə maşınların minimum çəkisi 768 kq olmalıdır ki, bu da əvvəlki mövsümlə müqayisədə 32 kq azdır, lakin FİA-nın Formula1 üzrə biryerlik maşınlar üçün yarış direktoru Nikolas Tombasis çəkinin daha da azaldılacağına ümid edir…
Nikolas Tombasis: “Mən istərdim ki, reqlamentin növbəti versiyasında maşınlar daha 80 kq yüngülləşsin, gələcəkdə isə bundan da çox çəki itirsin. Məqsəd budur. Biz maşınları daha kiçik və daha yüngül etmək istəyirik.
Bu il bu istiqamətdə vacib addım atdıq, amma demək olmaz ki, iş tamamlanıb və məqsədə çatılıb. Biz daha artığına can atırıq”.





