25 Avqust 2019, Bazar - 12:11

2017-ci ilin bolidləri necə olacaq?

2017-ci ilin bolidləri necə olacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

16:43 - 28 Yanvar, 2017

Manor komandasının işçiləri evə göndərildikdən sonra cari mövsüm üçün hazırladıqları MRT07 bolidinin şəklini paylaşıblar. Beləliklə, 2017-ci il bolidləri ilə bağlı ilk real təsviri Manor komandası mətbuata ötürüb.

F-1.az xatırladır ki, Manor komandası bir müddət əvvəl xaricdən idarəetmə rejiminə düşmüş və 2017-ci ildə yarışmaq üçün investor axtarmağa başlamışdı. Amma dünən yayılan xəbərlərə görə, Manor komandası yeni alıcı tapa bilməyib və komandanın bağlanılması rəsmən bəyan edilərək işçilər evlərinə göndəriliblər.

Bundan sonra Manor komandasının bazasının qapıları bağlanıb. Dünən axşam isə aerodinamika şöbəsinin işçiləri heç vaxt trasa çıxmayacaq MRT07-nin 50 faizlik miqyasda aerodinamik boruda işlənməsi üçün nəzərdə tutulan modeli ilə çəkdirdikləri şəkli sosial şəbəkələrdə paylaşıblar. Şəkildə nəzərə çarpan şəxslər arasında yeni bolidin üzərində işləyən baş konstruktor Luka Furbatto, aerodinamila şöbəsinin rəhbəri Nikolas Tombasis və digərləri var.

Xatırladaq ki, MRT07 şassisi Mercedes-in aerodinamik borusunda təkmilləşdirilirdi və Mercedes-in güc qurğusu ilə təchiz olunmalı idi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 742
Teqlər , ,
Paylaş

logo