R.Haryanto Manor-un ehtiyat sürücüsü olacaq

Rio komandanın mövsümün sonuna qədər ehtiyat sürücü olmaq təklifini qəbul edib.

F-1.az xatırladır ki, dünən komanda tərəfindən verilən rəsmi açıqlamada mövsümün qalan yarışlarında Rio Haryantonu Renault-nun ehtiyat sürücüsü Esteban Okonun əvəz edəcəyi bildirilmişdi. Bunun səbəbi indoneziyalı sürücünün mövsümün sonuna qədər yarışmaq üçün komandaya ödənməli olan məbləği tapa bilməməsi olmuşdu. Manor-un idman direktoru Deyv Rayan Haryantoya komandanın ehtiyat sürücüsü olmağı təklif etdiklərini bildirmişdi.

Komanda tərəfindən bu gün verilən rəsmi açıqlamada Rionun təklifi qəbul etdiyi bildirilib: “Rio Haryantonun mövsümün sonuna qədər komandada qalacağını bildirməkdən məmnunluq duyuruq. Rio ehtiyat sürücü olmaq təklifimizə müsbət cavab verib. Əsas sürücülərimizdən hər hansı biri yarışa qatıla bilməzsə, Haryanto onu əvəz etməyə hazır olacaq. Eyni zamanda, mühəndislərin iclaslarında və komandanın ictimai işlərində iştirak edəcək. Komanda ona hədəflərinə çatması üçün kömək edəcək”.

Haryanto özü də dünən verdiyi açıqlamada yerini maddi problemlərə görə itirdiyini təsdiq etmişdi: “Kifayət qədər büdcəm olmadığı üçün bu andan etibarən 2016-cı ildə yarış sürücüsü deyiləm. Xoş mesajlarınıza görə hamınıza təşəkkür edirəm. Növbəti mübarizələri gözləyirəm…”

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*