15 Oktyabr 2019, Çərşənbə axşamı - 23:01

Haas Verlyayn ilə maraqlanır

Haas Verlyayn ilə maraqlanır

Müəllif: Rauf Hacıyev, redaktor

13:41 - 05 Avqust, 2016

Haas komandasının rəhbəri Günter Ştayner Paskal Verlyayn ilə maraqlandıqlarını bildirib…

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il Manor-a transfer olunub və Avstriyada komandaya builki yeganə xalını qazanıb. Verlyayn bu performansla digər komandaların diqqətini cəlb edib.

Günter Ştayner: “O Mercedes-in sürücüsüdür. Biz isə Ferrari mühərriyindən istifadə edirik. Mercedes bununla razı olarmı? Bilmirəm. O, Vandorn və Okon kimi istedadlı sürücüdür”.

Manor-dan Deyv Rayan bildirib ki, Verlyayn barədə qərar vermək üçün mövsümün sonunu gözləmək lazımdır: “Məni səhv başa düşməyin. Onun gələcəyi parlaqdır və bizim komandada olması mükəmməl olar. Amma hər şey mövsümün ikinci hissəsindəki hadisələrdən aslı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , , , ,
Paylaş

logo