E.Okon: DAS-dan xəbərim olmayıb

Renault komandasının sürücüsü Esteban Okon bildirib ki, Mercedes-in DAS sistemindən xəbərdar olmayıb.

F-1.az xatırladır ki, fransalı sürücü keçən il Mercedes komandasının developer və ehtiyat sürücüsü olmuş və komanda ilə əksər Qran Prilərə getmişdi.

Qış testlərində Mercedes komandası DAS sistemini üzə çıxarmışdı. DAS sistemi vasitəsilə sürücülər asılqanın bucağını dəyişdirə bilir və bunun hesabına təkərlərin ömrü daha uzun olur. Bundan başqa sistemin döngələrdə də kömək etməsi gözlənilir.

Esteban Okon: “And içirəm ki, DAS-dan xəbərim yox idi. Sistemi ağıllı formada gizlədib mənə göstərmədilər. Ola bilsin ki, sistemi mən gedəndən sonra düzəltməyə başlayıblar. Mövsüm bitdikdən sonra komanda ilə münasibətim qalmadı və simulyatorda işləmək ehtimalım da yox idi. Böyük ehtimalla sistemi mən ayrılandan sonra düzəldiblər. Yoxsa simulyatorda sınayardılar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*