12 Dekabr 2018, Çərşənbə - 21:18

E.Okon: “Daha yaxşı ola bilərdi”

E.Okon: “Daha yaxşı ola bilərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 15 Aprel, 2018

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, daha yüksək nəticə göstərmək şansı olub.

F-1.az xatırladır ki, fransalı sürücü Çində sıralanma turunda 12-ci yeri tutub.

Esteban Okon: “Nəticəmdən tam razı deyiləm. Daha yaxşı yerdə olmaq istərdim. Sıralanma turunun son sessiyasını kiçik fərqlə əldən verdim. Kiçik səhv edərək, 0.1 saniyə itirdim. Elə üçüncü sessiyanı da 0.1 saniyə ilə əldən verdim. Bu, orta qrupun çox yaxın olduğunu göstərir. Son sessiyaya qala bilmədiyim üçün məyusam. Yarışa istədiyimiz təkərlə başlayacağıq. Hədəfimiz xallar almaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 126
Teqlər , , ,
Paylaş

logo