22 Sentyabr 2019, Bazar - 14:11

FİA gələn ildən büdcəni məhdudlaşdırır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:54 - 01 May, 2009

FİA təsdiq edib ki, gələn ildən büdcənin məhdudlaşdırlması səviyyəsi 40 milyon funt sterlinqə qədər artırılıb. İlkin səviyyə 30 milyon funt […]

FİA təsdiq edib ki, gələn ildən büdcənin məhdudlaşdırlması səviyyəsi 40 milyon funt sterlinqə qədər artırılıb. İlkin səviyyə 30 milyon funt nəzərdə tutulsa da, komandaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra artırılıb. 2010-cu ilin yanvarın 1-dən dekabrın 31-dək hər bir komandanın ümümi məsrəfi 40 milyon futnu keçməməlidir.

Düzdür, müəyyən məsrəfər bu məbləğə daxil deyillər, hər şeydən əvvəl, motor məsrəfləri. Bundan əlavə marketinq, korprorativ tədbir məsrəfləri, sürücülərin maaşları və FİA-nın tətbiq etdiyi cərimələr. FİA-nın təklifini qəbul edən komandalara müəyyən dərəcədə müstəqillik veriləcək ki, büdcəni məhdudlaşdırmayan komandalarla rəqabət edə bilsinlər. Məsələn, onların istifadə etdikləri motorlarda dirsəkli valın dövriyyəsi məhdudlaşdırılmayacaq, ön və arxa antiqanadların hücum bucaqları idarə olunacaq və s. Bundan əlavə mövsümlərarası fasilədə bu komandalar ürəkləri istəyən sayda testlər keçirə bilərlər və aerodinamik borudan istifadəyə qadağalardan da azad olacaqlar.

FİA xüsusi komissiya təsis edəcək ki, komandaların büdcə sərfinə nzərət etsin. Komissiyanın sədri və iki üzvünü Ümumdünya Şurası üç il müddətinə seçəcək – üzvlərdən biri iqtisadi mütəxəssis, digəri isə avtoidman məsələlərində texniki ekpert olmalıdır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər
Paylaş

logo