FİA Formula1-də yeni komanda seçiminin qaydalarını dəqiqləşdirib

ОFİA-nın keçən il keçirdiyi Formula1-də yeni komanda seçimi göstərdi ki, bu proses bir çox görünməyən aspektlərə malikdir. Ona görə də […]

ОFİA-nın keçən il keçirdiyi Formula1-də yeni komanda seçimi göstərdi ki, bu proses bir çox görünməyən aspektlərə malikdir. Ona görə də bu dəfə müsabiqəyə daha əsaslı yanaşmaq nəzərdə tutulub.

Xatırladaq ki, US F1 komandasının 2010-cu ildə çempionatda iştirake tməməsi üzündən starta çıxmış komandaların sayı FİA-nın nəzərdə tutduğu 13 əvəzinə 12 olub. Çempionatda boş olan yeganə vakansiyanı doldurmaq üçün yenidən müsabiqə elan olunacaq. Müsabiqədə bütün arzu edənlər iştirak edə bilərlər – güman olunur ki, müsabiqəyə keçənilki seçimdən hamıya tanış olan US F1, Stefan GP, N.Technology, Epsilon Euskadi və Prodrive komandaları ilə yanaşı yeni komandalar da ərizə verəcəklər.

Amma bu dəfə yalnız qalib seçilməyəcək, həm də uduzanlardan ən yaxşısı rəsmən elan olunacaq. Bu zəmanət verəcək ki, 2011-ci ilin startına 26 maşın çıxacaq, axı qalib gəlmiş komanda problemlərlə üzləşərsə, lazım olan anda onu ən yaxşı uduzmuş komanda əvəz edəcək. Düzdür, əgər belə problemlər olmasa, uduzmuş komandanın hazırlıq əziyyətləri hədər gedəcək – bu il Stefan GP komandasında olduğu kimi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*