FİA Ferrari-nin etirazını rədd edib

Federasiya bu addımı Ferrari tərəfindən yeni heç bir sübut təqdim edilmədiyi üçün atıb.

F-1.az xatırladır ki, Avstraliya Qran Prisinin sonlarına yaxın verilən restart zamanı Karlos Sayns həmyerlisi Fernando Alonso ilə isnident yaşamış və ikincinin yerində fırlanmasına səbəb olmuşdu. Buna görə də stüardlar Karlosu vaxtına 5 saniyə əlavə etməklə cəzalandırmışdılar.

Komandanın və sürücünün ədalətsiz hesab etdiyi cəzadan sonra Ferrari işə yenidən baxılması hüququnu tələb etmiş, bu müddət ərzində yeni dəlillər təqdim etməli olmuşdu.

Çərşənbə axşamı səhər keçirilən video dinləmə zamanı Ferrari hadisə ilə bağlı telemetriya məlumatlarını və Saynsın Alonso ilə təmasını açıqlayıb. Stüardlar etirazı rədd edərək heç bir yeni məlumat almadıqlarını hesab ediblər.

Federasiya qərarı belə izah edib: “Stüardların çoxlu məlumatlara çıxışı var. Ferrari tərəfindən təqdim edilən məlumatlar ən yaxşı halda qeyri-müəyyəndir və fikrimizcə, Saynsa bəraət qazandırmır. Ancaq toqquşmada onun tamamilə günahkar olduğuna dair qərarımızı təsdiqləyir.

O, iddia edir ki, əyləci daha bərk basıb, lakin təkərlər soyuq olduğundan maşını saxlaya bilməyib. Daha sonra isə yavaş keçilən isinmə dövrəsinin şinlərin aşağı temperaturuna səbəb olduğunu iddia edir.

İki nüans var:

Birincisi, doğru olsa belə, dayanma nöqtəsini göstərən telemetriyanın görünüşü əhəmiyyətli yeni element deyil.

İkincisi, hər bir sürücü trasın şərtlərini və təkərlərin temperaturunu nəzərə almalıdır.

Gec əyləc basmağa çalışaraq, sürücü maşının idarəetməsini itirmək riskini öz üzərinə götürüb və bu, toqquşmaya səbəb olub. Cəza da buna görə təyin olunub.

Stüardların yarışdan sonra Saynsı dinləməmək qərarına gəldikdə, toqquşmada onun tamamilə günahkar olduğunu təsdiqləmək üçün Sayns və ya hər hansı digər sürücünün səsini eşitməyin lazımsız olduğunu düşünürük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*