FİA bütün suallara cavab verəcək

Sabah FİA dünya çempionatı iştirakçılarının rəsmi siyahısını dərc etməlidir və bununla da federasiya bütün suallara cavab verəcək. Hələlik Campos və […]

Sabah FİA dünya çempionatı iştirakçılarının rəsmi siyahısını dərc etməlidir və bununla da federasiya bütün suallara cavab verəcək. Hələlik Campos və Sauber komandalarının hansı adla starta çıxması məlum deyil, bundan başqa Serbiyanın Stefan GP komandasının, ümümiyyətlə, starta çıxıb-çıxmaması məsələsi hamını maraqlandırır.

US F1 komandasının bağlanmasını bir çoxları FİA-nın mövqeyi ilə əlaqələndirirlər. Amma birillik fasilə istəməklə komanda keçən il imzaladığı Razılıq Müqaviləsini pozub və bu halda yeni ərizə qəbulu elan etmək ən asan yoldur. US F1 komandasının yeni ərizə verməsi ehtimalı azdır – komanda sponsorların, təchizatçıların, işgüzar tərəfdaşların və federasiyanın etibarını itirib.

Campos komandası adını dəyişməyi planlaşdırmırdı, amma ispaniyalı iş adamı Xose Ramon Karabante artıq komandaya 12 milyon dollar xərcləyib və son günlərdə bu məbləği iki dəfə artırıb və ümid edir ki, Alonso və Ferrari ilə əməkdaşlıq edə bilməyən milli şirkətlərin vəsaitlərini komandaya cəlb edə biləcək. Ona görə də Karabante komandanın adını milliləşdirmək istəyir və Hispania Racing variantlardan biridir.

BMW Sauber komandası da adnı dəyişməyi planlaşdırmırdı, amma BMW titulu və Ferrari motorları qeyri-adi səslənir.

Hamının FİA-dan gözlədikləri əsas sənəd – iştirakçıların rəsmi siyahısıdır, əlavə olaraq federasiya bu qərarların qəbulu səbəblərini də izah edə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*